AZ

Türkiyə Zəngəzur dəhlizindən 4,4 milyard dollar qazanacaq

Türk dünyası ilə Uzaq Şərqi birləşdirən ən qısa yol olacaq Zəngəzur dəhlizi 30 il ərzində Türkiyəyə 147,6 milyard lirə və ya 4,4 milyard dollar qazandıra bilər.

“İran Zəngəzur dəhlizinin açılmasına mane olacaq”

FED.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasimində bildirib.

O qeyd edib ki, Azərbaycanın strateji əhəmiyyət daşıyan nəqliyyat layihələrindən biri olan Zəngəzur dəhlizindən Türkiyə 30 illik perspektivdə 147,6 milyard lirəlik iqtisadi qazanc təmin ediləcək.

AYNA: "Qırmızı Körpü” gömrük postunda 300 avtomobil gözləyir

Uraloğlu qeyd edib ki, dəhliz vasitəsilə 15 milyon ton yük daşınacaq, vaxt, yol baxımı, qəzaların azalması və iqlim faydaları ilə birlikdə böyük iqtisadi səmərə əldə olunacaq.

Onun sözlərinə görə, «30 illik proqnozda 135 milyard lirə, qəzadan 3 milyard lirə gəlir əldə edəcəyik. İqlim gəliri 3,5 milyard lirə, dəhlizdən isə 4 milyard lirə yol baxım gəliri, beləliklə, 30 illik proqnozda Zəngəzur dəhlizindən 147,6 milyard lirə gəlir əldə edəcəyimizi təxmin edirik».

Uraloğlu, Orta Dəhlizlə birlikdə dəmir yolu ilə ticarətin dəniz nəqliyyatına nisbətən əhəmiyyətli vaxta qənaət edəcəyinə diqqət çəkərək: «Nəticədə hər cür alternativiniz olmalıdır. Bu dəmiryolunu qurduqdan və tamamladıqdan sonra buraya qoyduğumuz sərmayə müəyyən müddətdə geri qayıdacaq. Biz bunu təkcə nəqliyyat variantı kimi düşünmürük, həm də sərmayə kimi düşünürük».

Nazir həmçinin, bu layihənin Orta Dəhlizə güclü dəstək verəcəyini və dəniz nəqliyyatı ilə müqayisədə ciddi vaxt qazancları təmin edəcəyini vurğulayıb. Onun fikrincə, dəhliz Türk dünyasına və Uzaq Şərq bazarlarına ən qısa çıxış yolunu formalaşdıracaq.

Sonda o bildirib ki, Zəngəzur dəhlizi yalnız iqtisadi deyil, həm də siyasi və strateji baxımdan Türkiyə və bölgə üçün tarixi əhəmiyyət daşıyır.

Seçilən
10
fed.az

1Mənbələr