Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb.
"Report" xəbər verir ki, bu barədə Makron "X" sosial şəbəkəsində yazıb.
"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığım oldu. 2023-cü ilin noyabrında Qazaxıstana səfərimdən və prezident Tokayevin ötən ilin noyabrında Fransaya dövlət səfərindən sonra xüsusilə nəqliyyat və enerji sahələrində strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə etdik. Həmçinin beynəlxalq vəziyyət, o cümlədən Rusiyanın Ukraynada apardığı müharibə və Cənubi Qafqazdakı hazırkı danışıqlar barədə söhbət etdik", - paylaşımda deyilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.