Ukrayna Prezidenti Vladimir Zelenski “Kanada paketi” çərçivəsində sanksiyaları Vladimir Putinin qohumlarına da şamil edib.
Axar.az xəbər verir ki, söhbət sanksiya siyahısına salınan 74 nəfərdən gedir.
Siyahıda olan qohumlar:
Lyudmila Oçeretnaya – Putinin keçmiş həyat yoldaşı
Artur Oçeretnıy – onun hazırkı əri
Mixail Putin – Putinin əmisi oğlu
Mixail Şelomov – Putinin qardaşı oğlu
İqor Zelenski – Putinin qızının keçmiş əri
Siyahıya həmçinin Kremlin yaxın çevrəsindən olan şəxslər və müharibənin maliyyələşdirilməsində iştirak edən biznesmenlər də daxildir.