AZ

Azərbaycan musiqisi Türkiyədə Ərzurumda möhtəşəm konsert proqramı keçirildi

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Azərbaycan musiqiçiləri hər il Türkiyədə keçirilən dünyanın ən məşhur və böyük festivallarından biri olan "Mədəniyyət yolu" Festivalında iştirak ediblər.

Oxu.Az xəbər verir ki, avqustun 22-də Türkiyənin Ərzurum şəhərində "Mədəniyyət Yolu" Festivalı çərçivəsində hər iki ölkənin mədəniyyət nazirliklərinin və Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə "Can Azərbaycandan sevgilərlə" adlı konsert proqramı keçirilib.

Ərzurumda İbrahim Erkal Mədəniyyət Sarayında keçirilən konsert proqramına maraq böyük olub, tədbirdə dövlət və ictimaiyyət nümayəndələri, şəhərin musiqisevərləri, tyerli azərbaycanlılar iştirak edibıər.

İlk öncə çıxış edən Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Türkiyə tarixi dostluğu, qardaşlığı, bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əlaqələrin inkişafından danışıb. O, ulu öndər Heydər Əliyevin "Biz bir millətin, iki dövlətiyik" şüarına istinad edərək, dünyanın seçilən mədəniyyət tədbiri olan məşhur "Kültür yolu" festivalı çərçivəsində Azərbaycanın zəngin mədəniyyəti, musiqisi, muğam sənətini, milli rəqslərimizin təqdim ediləcəyini bildirib.

Daha sonra təqdim edilən konsert proqramında Azərbaycan Respublikasının Xalq Artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi "Qarabağ" muğam qrupu çıxış edib. Qrupda gənc xanəndə və muğam müsabiqəsi laureatı Aytən Məhərrəmova, tarda - Azərbaycanın Xalq Artisti Elçin Həşimov, kamançada Əməkdar Artist Elnur Əhmədov, nağarada Elnur Əliyev çıxış ediblər.

Konsert proqramında bir sıra muğamlarımız, xalq mahnılarımız, "Azərbaycan", "Qarabağ", "Bəribax", "Xudayar təsnifi", "Çırpınırdı Qara dəniz", "Yaşa mənim xalqım" və s. əsərlər ifa olunub.

Tədbirdə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Zəngəzur-Azərbaycan Xalq Rəqsləri Ansamblı "Cəngi", "Zəngəzur yallısl", "Uzundərə", "Vağzalı"və s. milli rəqslərimizi ifa ediblər.

Qeyd edək ki, konsert proqramına maraq böyük olub, tamaşaçıların çoxsaylı alqışları ilə müşayiət edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
6
oxu.az

9Mənbələr