AZ

Ronaldu fərqlənsə də, komandası Səudiyyə Superkubokunun qalibi ola bilmədi

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Səudiyyə Ərəbistanı Superkubokunun finalında "Ən-Nəsr" və "Əl-Əhli" üz-üzə gəliblər.

Oxu.Az xəbər verir ki, 2:2 hesabı ilə başa çatan görüşdə "Ən-Nəsr"in qollarını Kriştianu Ronaldu (penaltidən) və Brozoviç, "Əl-Əhli"nin qollarını isə Kessei və İbanez vurublar.

Reqlamentə əsasən, əlavə vaxt oynanılmayıb və qalib penaltilərlə müəyyənləşib. "Lotereya"da daha dəqiq olan "Əl-Əhli" 5:3 hesabı ilə qalib gələrək kuboku qazanıb. Bununla da Ronaldunun Superkubok tituluna sahib olmaq arzusu yenə reallaşmayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
oxu.az

1Mənbələr