AZ

Türkiyədə ağır yol qəzası: 4 nəfər ölüb

Türkiyənin Malatya vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Malatya-Kayseri magistral yolunun Akçadağ rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Hadisənin təfərrüatı və yaralıların vəziyyəti barədə məlumat paylaşılmayıb.

Seçilən
0
6
bakivaxti.az

7Mənbələr