Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Üç Təpə kəndində qeydə alınıb. Belə ki, kənd sakini Ülfət Temurazovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil ilə Gədəbəy rayon sakini Ələkbər Ələkbərova məxsus "KİA RİO" markalı minik maşını toqquşub.
Qəza nəticəsində "KİA RİO"da olan Ələkbər Ələkbərov və onun azyaşlı övladı Tunar Ələkbərov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım vasitəsilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.