AZ

Abdul Aziz Batibye 6-7 ay oynamayacaq - Rəsmi

“Zirə”nin bu yay heyətinə qatdığı futbolçulardan Abdul Aziz Batibye aldığı ağır zədə səbəbindən cərrahiyə əməliyyatına məruz qalıb.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, hücumçu İstanbulda ön çarpaz bağlarından əməliyyat keçirib. Futbolçu təxminən 6-7 aydan sonra sıraya dönəcək.

Xatırladaq ki, Batibye “Zirə”nin bir müddət öncə “Şamaxı”ya qarşı keçirdiyi yoxlama oyununda zədələnmişdi. 18 yaşlı vingerin diz bağları qopmuşdu.

Abdul Aziz Batibye ötən ay “Zirə” ilə 4 illik müqavilə imzalayıb. Bu, toqolu futbolçunun karyerasında ilk peşəkar müqaviləsidir.

Seçilən
40
arena.az

1Mənbələr