Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri Anri Oxanaşvili istefa verib.
AFN.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.
Oxanaşvili istefası ilə bağlı açıqlamasında bildirib: “Hakim komanda ilə aparılan məsləhətləşmələrdən sonra Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsini tərk edərək, Baş nazirin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsində çalışmağa qərar verdim”.
Baş nazir İrakli Kobaxidze isə brifinq zamanı qeyd edib ki, “Gürcü arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəhbəri kimi irəli sürüləcək. Onun sözlərinə görə, Mdinaradzenin namizədliyi parlamentə təqdim olunacaq.