AZ

Azərbaycanda torpaq sürüşməsi oldu

Lerikdə torpaq sürüşməsi baş verib.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Çayrud kəndində qeydə alınıb.

Belə ki, ərazidə istinad divarlarının inşası zamanı torpaq layı kənd sakini İnşəllah Mirzəyevə məxsus yaşayış evinə doğru sürüşüb. pizza hut

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları evin hər an uçmaq təhlükəsi ilə üzləşdiyini bildiriblər.

Bu səbəbdən evin ətrafındakı istinad divarının tikintisi də dayandırılıb.


Telegram kanalımız
Seçilən
0
17
yenisabah.az

10Mənbələr