
ABŞ maliyyə nazirinin müavini Maykl Folkender vəzifəsindən azad olunub. The Wall Street Journal yazır ki, səbəb – prezident Donald Trampın onun mövqelərindən narazı qalmasıdır.Mənbələrin məlumatına görə, nazirlikdə ikinci ən önəmli fiqur olan Folkender həm Trampın etimadını, həm də prezidentə yaxın şəxslərlə münasibətini itirib.Trampın narazılığı, əsasən, Folkenderin maliyyə siyasətinə yanaşmalarından qaynaqlanıb. Onun baxışları əvvəlki maliyyə naziri Stiven Mnuçinin mövqeyinə bənzəyirdi. Mnuçin vaxtilə Jerom Pauellin Federal Ehtiyat Sisteminə rəhbərliyini dəstəkləmişdi, halbuki Tramp Pauellə dəfələrlə açıq konflikt yaşamışdı.Ulusum.az
Diqqət Çəkənlər
“Yüksək gəlir” vədi ilə aldatma: Temu adı altında fırıldaq
Ağ Evdə futbol zarafatları: Tramp dünya çempionatına hazırdır
ABŞ siyasəti dəyişə bilər: diplomatiyaya son şans