AZ

“Atam qocalıb, hər şeyi unudub, təkcə Zəhranı soruşur”-FOTO+ÖZƏL

“Atam artıq qocalıb. Bəzən hər şeyi unudur, bəzən də xatırlayır. 86 yaşı var. Heç nə demir, soruşmur. Sadəcə Zəhranı soruşur. Zəhra ilə telefonla əlaqə saxlayırıq. Bəzən də görüntülü danışır. Bakıya yolumuz düşəndə görüşürük”
 
Bunu Moderator.az-a açıqlamasında mərhum aktrisa Tünzalə Əliyevanın bacısı Təranə Əliyeva deyib. O daha sonra arzusundan danışıb:
 
“Tünzalənin həyatının film olmasını, çəkilib ekranlaşdırılmasını istərdim. Onun obrazını hansı aktrisanın oynayıb-oynamayacağını demək çətindir. Hərhalda filmi çəkən rejissor bunu da düşünər. Onu da deyim ki, Tünzalənin qızı Zəhra da serialda çəkilir. Dilarə xanım ona çox dəstək olur. Sağ-salamat böyüsün. Aktrisa olub-olmayacağını zaman göstərəcək. Əsas odur salamat böyüsün” deyə o bildirib.
Təranə Əliyeva bacısının sosial şəbəkələrdə yayılan heykəlindən də danışıb:
 
“Bu haqda heç bir məlumatım yoxdur. Həmin fotonu bu yaxınlarda mənə də göndərmişdilər. Mənə elə gəlir ki, Tünzalənin heykəli hazırlanmayıb, bu sadəcə süni intellektdir. Əgər heykəl hazırlansaydı bizə də xəbər edərdilər” deyə o bildirib.
Seçilən
2
moderator.az

1Mənbələr