AZ

Martin Payero “Udineze”ni “Kremoneze”yə dəyişdi

İtaliyanın “Udineze” klubunun argentinalı mərkəz yarımmüdafiəçisi Martin Payero bundan sonra “Kremoneze”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Kremoneze”nin rəsmi saytına istinadən xəbər verir.

26 yaşlı futbolçu bir mövsümlük icarəyə götürülüb. Argentinalı futbolçu 2026-cı ilin 30 iyununa qədər “Kremoneze”də çıxış edəcək. Sözügedən klub bunun üçün “Udineze”yə 1 milyon avro ödəyib. Müqavilədə satınalmaya dair şərt də nəzərdə tutulub.

Martin Payero Argentinanın “Banfild” klubunun yetirməsidir. O, “Talyeres”, “Midlsbro” və “Boka Xuniors” kimi klubların da formasını geyinib. “Udineze” yarımmüdafiəçini 2023-cü ilin sentyabrında 3 milyon avro müqabilində heyətinə qatmışdı. O, həmin dövrdən bəri İtaliya klubunun heyətində 56 oyuna çıxıb, 3 qola imza atıb, 5 məhsuldar ötürmə müəllifi olub.

Argentinanın U-23 yığmasında da oynamış futbolçu 2021-ci ildə debüt etdiyi əsas millinin heyətində 3 oyun keçirib.

“Transfermarkt” internet-portalı 26 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 5,5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
59
arena.az

1Mənbələr