Pakistan və Banqladeş arasında birbaşa uçuşlar təxminən 5 illik fasilədən sonra bərpa edilir.
Bakıvaxtı.az xəbər verir ki, Banqladeş Mülki Aviasiya İdarəsi (CAAB) Pakistanın iki aviadaşıyıcısı - “Fly Jinnah” və “AirSial” tərəfindən Kəraçi və Dəkkə arasında birbaşa sərnişin reyslərinin həyata keçirilməsinə rəsmi icazə verib.
Bu icazə 2018-ci ildən dayandırılan hava əlaqəsinin bərpasına yol açır.