AZ

Azərbaycanın gəmi ixracı artdı

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 954.31 min ABŞ dollar dəyərində gəmilər, qayıqlar və üzən konstruksiyalar ixrac edib.

Bakıvaxtı.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 4 dəfə çoxdur.

Hesabat dövründə ölkəyə 13 milyon 550.97 min manatlıq gəmilər, qayıqlar və üzən konstruksiyalar idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50,6 faiz azalma deməkdir.

Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında gəmi və qayıqların ixracı ümumi ixracın 0,01 faizini, idxal isə ümumi idxalın 0,10 faizini təşkil edib.

Seçilən
0
2
bakivaxti.az

3Mənbələr