AZ

Pakistan və Banqladeş arasında birbaşa uçuşlar uzun müddətdən sonra bərpa edilir

Pakistan və Banqladeş arasında birbaşa uçuşlar təxminən 5 illik fasilədən sonra bərpa edilir.

Bu barədə “Report” Pakistan mətbuatına istinadən xəbər verir.

Banqladeş Mülki Aviasiya İdarəsi (CAAB) Pakistanın iki aviadaşıyıcısı - “Fly Jinnah” və “AirSial” tərəfindən Kəraçi və Dəkkə arasında birbaşa sərnişin reyslərinin həyata keçirilməsinə rəsmi icazə verib.

Bu icazə 2018-ci ildən dayandırılan hava əlaqəsinin bərpasına yol açır.

Seçilən
13
5
report.az

6Mənbələr