AZ

Kriştiano Ronaldo futbol tarixində unikal rekorda imza atdı

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo növbəti dəfə futbol tarixinə düşüb.

90deqiqe.Az-ın məlumatına görə, “Əl-Nəsr” klubunun hücumçusu dörd fərqli klub və milli komanda səviyyəsində 100 və daha çox qol vuran ilk oyunçu olub.

40 yaşlı forvard bu nailiyyətə Səudiyyə Ərəbistanı Superkubokunun finalında “Əl-Əhli”yə qarşı keçirilən matçda imza atıb. Görüşdə penalti zərbəsini dəqiq yerinə yetirən Ronaldo “Əl-Nəsr” forması ilə 100-cü qolunu vurub.

Kriştiano Ronaldonun indiyədək vurduğu qollar:

Real Madrid – 450 qol

Mançester Yunayted – 145 qol

Yuventus – 101 qol

Əl-Nəsr – 100 qol

Portuqaliya yığması – 138 qol

Bu göstərici ilə Ronaldo dünya futbolu tarixində bənzəri olmayan bir rekorda sahib çıxıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Superkubokunun finalında “Əl-Nəsr” – “Əl-Əhli” oyununun ilk hissəsi 1:1 hesabı ilə başa çatıb. 

Seçilən
54
90deqiqe.az

1Mənbələr