AZ

Rusiyada əcnəbilər üçün elektron vizanın müddəti artırılıb

Rusiyada xarici vətəndaşlar üçün elektron vizanın qüvvədə olma müddəti 120 günə qədər artırılıb, viza ilə qalma müddəti isə 30 gün təşkil edəcək.Bu barədə rus KİV-ləri məlumat yayıb.

Məlumata görə, əvvəllər elektron viza 60 gün qüvvədə olduğu halda, qalma müddəti 16 günü keçmirdi. Yeniliklər yalnız birdəfəlik vizalara aiddir.

Rusiya Xarici İşlər Nazirliyindən qeyd edilir ki, bu addım miqrasiya nəzarəti səviyyəsini və milli təhlükəsizlik tələblərini azaltmadan, xarici turistlərin, işgüzar və humanitar ziyarətçilərin axınını artırmağa imkan verəcək.

Seçilən
35
8
anews.az

9Mənbələr