AZ

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB  layihə çərçivəsində Beyləqan rayonunda tədbir keçirib - FOTOLAR

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i “Azərbaycanda gender əsaslı zorakılığın qarşısının alınması təlimləri” layihəsi çərçivəsində Beyləqan rayonunda tədbir keçirib. 

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda gender əsaslı zorakılığın qarşısının alınması təlimləri” layihəsi çərçivəsində Beyləqan rayonun akademik Mehdi Mehdizadə adına şəhər 3 saylı tam orta məktəbdə maarifləndirici tədbir həyata keçirib. 

Tədbirdə Beyləqan RİH-də Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Suliddin Əsgərov, Beyləqan RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elçin Abdullayev, Rayon Ağsaqqallar şurasının sədri Etibar İmanov, “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-inin sədri Fatma Hacıyeva, İB-in sədr müavini, təhsil eksperti Nuranə Şixəliyeva, Azərbaycan Qadınları Respublika Cəmiyyətinin sədr müavini və psixoloq Vəfa Abbasova, müəllimlər və psixoloqlar iştirak ediblər.  

Tədbiri giriş sözü ilə açan “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-inin sədri Fatma Hacıyeva layihənin keçirilməsində əsas məqsədin Azərbaycanda gender əsaslı zorakılığın qarşısını almaq və zorakılığa məruz qalmış şəxslərin sosial, hüquqi və psixoloji dəstək almasını təmin etmək olduğunu vurğulayıb. 

Mövzu ilə bağlı auditoriyanı maraqlandıran suallar cavablandırılıb, eyni zamanda ictimaiyyətin diqqətinin problemin həllinə cəlb olunması məqsədilə hazırlanmış maarifləndirici kitabçalar paylanıb.
 

Seçilən
2
9
qht.az

10Mənbələr