AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva Konfrans Liqasının 2025/2026 mövsümünün pley-off mərhələsinin oyununa təyinat alıb.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
Belə ki, Mehdiyeva Avropa Konfrans Liqasının pley-off mərhələsinin “Beşiktaş” (Türkiyə) – “Lozanna” (İsveçrə) cütünün cavab oyununda UEFA nümayəndəsi olacaq.
Oyun avqustun 28-də İstanbuldakı “Türpaş” stadionunda keçiriləcək.
Xatırladaq ki, komandalar arasında İsveçrədə keçirilmiş ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.