AZ

Dünya Qadın Seriyası: Azərbaycan millisinin oyunlarının vaxtı bilindi

Azərbaycanın 3×3 basketbol millisinin Dünya Qadın Seriyasının Səbail mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib.

Fanat.Az xəbər verir ki, yığma B qrupunda ilk görüşünü avqustun 23-də, saat 18:30-da Çexiyaya qarşı keçirəcək.

Ardınca milli komanda saat 20:10-da Filippinə qarşı mübarizə aparacaq.

Qrupda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Bakıda keçiriləcək turnir avqustun 22-dən 24-dək davam edəcək.
 

Seçilən
18
6
fanat.az

10Mənbələr