AZ

Zelenski yalnız Putinlə, mövcud cəbhə xətti üzrə danışıqlara hazırdır Ukrayna əsas şərtlərini açıqladı

Hurriyyet saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski yalnız şəxsi görüşdə, cəbhədə hazırkı cizgi xətti üzrə Rusiya ilə ərazi məsələlərini müzakirə etməyə hazırdır.

Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ televiziyası NBC News-ə müsahibəsində Ukrayna Xarici İşlər Nazirliyinin birinci müavini Sergey Kislica bildirib.

Kislicanın sözlərinə görə, Zelenski Ukrayna torpaqlarının Rusiya tərəfinə hüquqi olaraq verilməsini rədd edir: “Prezident həm Ukraynada mövcud hüquqi bazaya, həm də ictimai rəyə əsaslanır. İctimaiyyət ərazimizin dəyişdirilməsi qarşısında qətiyyətlədir. Lakin o, Vladimir Putinlə ərazi məsələlərini müzakirə etməyə hazırdır. Danışıqların çıxış nöqtəsi isə mövcud xətt olmalıdır”.

Əvvəllər Ukrayna rəsmiləri bildirirdilər ki, Kiyev müvəqqəti itirilmiş əraziləri qəbul etməyə hazırdır, lakin hüquqi olaraq onlardan imtina etmədən və gələcəkdə geri qaytarmaq imkanı saxlayaraq.

Rusiya isə yalnız hazırda nəzarətində olan ərazilərin təsdiqlənməsini deyil, Ukrayna ordusunun Donetsk vilayətindən çıxarılmasını da tələb edir. Bununla belə, Putin Xerson və Zaporojye ərazilərində xətti dondurmağa hazırdır – əvvəlcə Moskva bu bölgələrin tam nəzarətini tələb edirdi. Kislica əlavə edib ki, əgər ABŞ Prezidenti Donald Trampın təklif etdiyi görüş baş tutmazsa, Vaşinqton Rusiyaya qarşı sanksiyaları sərtləşdirməlidir. Zelenski əvvəlcədən bildirib ki, Rusiya görüşü pozmağa çalışır. Rusiya XİN başçısı Sergey Lavrov isə görüşün mümkün olduğunu, amma yalnız əsas razılaşmalar əldə edildikdən sonra baş tuta biləcəyini qeyd edib.

Kislica isə vurğulayıb: “Putin heç bir əlamət göstərmir ki, o, ciddi və məzmunlu danışıqlara hazırdır – nə iki tərəfli, nə də ABŞ-nin iştirak etdiyi üçtərəfli görüş üçün”.

AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
2
hurriyyet.az

3Mənbələr