Moderator.az-ın əməkdaşının çəkdiyi foto erməni vandalizminin sərhədsiz vəhşilyindən xəbər verir
İşğal dönəmində ermənilərin Azərbaycan torpaqlarında dəhətli dağıntılar və vəhşiliklər törətdiyi heç kimə sirr deyil.
Moderator.az xəbər verir ki, təbiət və insanlarla yanaşı, həm də tarixi abidələrə qənim kəsilən ermənilər Şuşadakı qədim memarlıq abidələrini də vəhşicəsinə məhv edib, şəhərdə böyük dağıntılar törədiblər.
Ermənilərin Şuşa şəhərində məhv etdiyi qədim binalardan biri də böyük şair qasım bəy Zakirin tarixi mülküdür. Erməni vandalizmi işğal dönəmində özünəməxsus memarlıq üslubuna görə diqqət çəkən Qasım bəy Zakirin bir neçə nəhəng tikilidən – 2-3 mərtəbəli evlərdən ibarət mülkünü tamamilə məhv edib. Həmin tarixi binaladan geriyə yalnız 1-2 sütun qalıb ki, bu da erməni xislətinin amansızlığından, mədəniyyət və sivilizasiyaya olan düşmən münasibətindən xəbər verir.
Fotoda dağıdılan binaların ərazisinin təbiət tərəfindən “ələ keçirilməsi” də öz əksini tapıb.
Seymur ƏLİYEV