ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanda Rusiyanın Gümrüdə yerləşən 102-ci bazasının ölkədən çıxarılması tələbi ilə aksiya başladılıb.
Globalinfo.az xəbər verir ki, Respublika Uğrunda Partiyasının sədri Arman Babacanyanın rəhbərliyi ilə bir qrup şəxs baza yaxınlığında etiraz edirlər.
Babacanyan və aksiya iştirakçıları 102-ci bazanın Ermənistanın təhlükəsizliyini tədid etdiyini bildirir, bu səbəblə ölkədən çıxarılmasını tələb edirlər.
Ermənistandakı rusyönümlü qüvvələr də əks-aksiyaya başlayaraq 102-ci bazanın qalması fikrini müdafiə edir, Rusiyanı Ermənistanın təhlükəsizliyinin qarantı adlandırırlar.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.