Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 88 milyon 420,19 min ABŞ dolları dəyərində 79 min 237,6 ton etilen polimerləri (ilkin formalarda) ixrac edilib.
“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 18,4 %, həcmi isə 15,6 % artıb.
Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında etilen polimerlərinin payı 4,75 % təşkil edir.
İyulda isə ölkədən 16 milyon 413,18 min ABŞ dolları məbləğində 15 min 325 ton etilen polimerləri (ilkin formalarda) ixrac edilib ki, bu da bir il öncəki göstəriciyə nisbətən müvafiq olaraq 1,9 dəfə və 2,1 dəfə çoxdur.
Bu ilin 7 ayında Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25 % çoxdur. Xarici ticarət dövriyyəsinin 15 milyard 227 milyon ABŞ dolları ixracın, 13 milyard 614,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,4 % azalıb, idxal isə 26,15 % artıb.