AZ

Litvada Rusiyaya qarşı sanksiyaları pozmaqda şübhəli bilinən 11 nəfər saxlanılıb

Litvada Rusiyaya qarşı sanksiyaları pozmaqda şübhəli bilinən 11 nəfər saxlanılıb

Litvada "Kaunas" şirkətinin bir qrup əməkdaşı Rusiya Federasiyasına qarşı sanksiyaları pozmaqda şübhəli bilinərək saxlanılıb.

AFN.az xəbər verir ki, bu barədə Baltikyanı respublikanın gömrük idarəsinin kriminal xidməti məlumat yayıb.

“Sanksiyaları pozmaqda şübhəli bilinən şəxslərin yaşayış və iş yerlərində aparılan axtarışlardan sonra "Kaunas" şirkətinin 11 əməkdaşı, o cümlədən onun menecerləri, həmçinin Moldova və Bolqarıstan vətəndaşları olan sürücülər saxlanılıb”, - deyə məlumatda bildirilir.

Əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, Portuqaliyada yükün qondarma alıcısının pərdəsi altında "Kaunas" şirkəti neft sənayesi müəssisələrinin istifadəsi üçün nəzərdə tutulmuş su təmizləyici avadanlıqları Rusiyaya çatdırmaq niyyətində idi. Əməliyyat zamanı dəyəri təxminən 2 milyon avro olan bir neçə ton avadanlıq ələ keçirilib. Əməliyyat Portuqaliya və Bolqarıstanın hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib.

Seçilən
11
afn.az

1Mənbələr