AZ

Azərbaycandan ixrac edilən elektrik enerjisinin həcmi açıqlanıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 41 milyon 609,91 min ABŞ dolları dəyərində 737 milyon 466,31 min kVt/saat elektrik enerjisi ixrac edilib.

“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən elektrik enerjisinin dəyəri 19,7 %, həcmi isə 21,6 % azalıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında elektrik enerjisinin payı 2,23 % təşkil edir.

İyulda isə ölkədən 3 milyon 53,04 min ABŞ dolları məbləğində 57 milyon 621,98 min kVt/saat elektrik enerjisi ixrac edilib ki, bu da keçən ilin analoji ayına nisbətən müvafiq olaraq 4,3 dəfə və 3,5 dəfə çoxdur.

Qeyd edək ki, son illər Azərbaycanın ən çox elektrik enerjisi ixrac etdiyi ölkə Türkiyədir. Enerji Gürcüstan üzərindən ötürülür. Əvvəlki illərdə Türkiyə üzərindən Avropa ölkələrinə az miqdarda elektrik enerjisi ixrac olunub. Yaxın illərdə Azərbaycandan Türkiyəyə elektrik enerjisi Naxçıvan üzərindən ötürüləcək.

Bu ilin 7 ayında Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25 % çoxdur. Xarici ticarət dövriyyəsinin 15 milyard 227 milyon ABŞ dolları ixracın, 13 milyard 614,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,4 % azalıb, idxal isə 26,15 % artıb.

Seçilən
15
5
report.az

6Mənbələr