Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Rusiyada “Orexov” qruplaşmasının əsas “killer”i, 16 qətl törətdiyinə görə həbsdə olan İqor Sosnovski müalicə-islahedici müəssisəyə köçürülüb. Məlumata görə, köçürülmənin səbəbi vərəm olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, “Çipit” ləqəbi ilə tanınan ən məşhur “killer”lərdən biri hazırda Tver vilayətində cəza çəkir. İlkin məlumata görə, 2034-cü ilə qədər qalan bütün müddətini başqa həbsxanada keçirəcək.
Sosnovski 2017-ci ildə həbs olunub. Məhkəmə onu 16 qətl və 5 qətl cəhdinə görə 18 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. O, ömürlük həbsdən yalnız istintaqla əməkdaşlıq etdiyi və qruplaşmanın bütün üzvlərini ifşa etdiyi üçün xilas olub. Ondan əvvəl isə o, “Orexov” qruplaşmasının ən cəsarətli “killer”lərindən biri hesab olunurdu. Belə ki, o, günün günorta çağı belə adam öldürə bilirmiş.
Azadlıqda Sosnovskinin heç kimin bilmədiyi bir ailəsi qalıb: 55 yaşlı həyat yoldaşı Nadejda və 32 yaşlı oğlu Valentin. “Killer”in oğlu hərbi-dəniz donanmasında xidmət edib, xidmətdən sonra evlənib və hazırda Solneçnogorskda yaşayır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.