AZ

“Fənər” “Vest Hem”in futbolçusunu icarəyə götürdü – RƏSMİ

“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib. Msport.az xəbər verir ki, İstanbul klubu “Vest Hem”dən Edson Alvaresi icarəyə götürüb.

25 yaşlı yarımmüdafiəçi 2025-2026-cı illər mövsümünü “Fənər”də keçirəcək. Türkiyə təmsilçisi meksikalı oyunçunun transfer hüquqlarını almaq  hüququna malikdir.

Alvares ötən mövsüm “Vest Hem”in heyətində bütün turnirlərdə 31 oyun keçirib. O, İngiltərə təmsilçisində 2023-cü ilin avqustundan çıxış edirdi.

 

Seçilən
4
msport.az

1Mənbələr