AZ

Nüvə əsas təhlükə DEYİL: bəşəriyyəti nə məhv edəcək?

Nüvə silahı artıq bəşəriyyət üçün ən qorxulu təhdid hesab olunmur. Kembric və Oksford alimləri proqnozlaşdırırlar ki, sivilizasiya bu əsrin sonuna qədər pandemiyalar, iqlim dəyişikliyi və ya süni intellektin inkişafı səbəbindən yox ola bilər.
 
Kembricdən olan tədqiqatçı Lyuk Kemp bildirib ki, 1950-ci illərdən bəri əsas təhdid hesab olunan nüvə silahı bu gün artıq “hətta ən pis kabus da deyil”.
 
Onun fikrincə, cəmiyyətlər və imperiyalar “dayanıqsız tamahkarlıq” səbəbindən dağılmağa məhkumdur. O, nüvə müharibəsi riski ilə yanaşı, daha az təhlükəli olmayan yeni ssenarilərin də mövcud olduğunu vurğulayıb.
 
Xüsusilə, alim yeni pandemiyaların ehtimalına diqqət çəkib. Onun sözlərinə görə, COVİD-ə bənzər bir virus sərnişin təyyarələri qədər sürətlə, hətta insan səyahətindən də tez planet boyunca yayıla bilər. Bu isə keçmişdə dünyanın böyük bir hissəsini məhv etmiş “Qara ölüm”ü xatırlada bilər.
 
Digər təhlükə isə iqlim dəyişiklikləridir. Hazırda bunlar qlobal istiləşmədən on dəfə daha sürətli baş verir. Halbuki, vaxtilə qlobal istiləşmə Yer üzündəki bütün canlıların 90%-ə qədərini məhv etmiş ən böyük kütləvi qırılma, Böyük Perm yox olmasına səbəb olmuşdu.
 
Kemp həmçinin telekommunikasiya şəbəkələrini və ərzaq paylanma sistemlərini çökdürəcək qlobal fəlakət ehtimalı barədə də xəbərdarlıq edib. Əgər peyklər, kompüterlər və internet sıradan çıxsaydı, bank sistemi, tibbi yardım, nəqliyyat və hətta hərbi texnika belə işləməzdi. Bu isə 2020-ci il pandemiyası zamanı olduğu kimi, xaos və panikaya yol aça bilərdi.
 
Alim az təhlükəli olmayan digər amil kimi süni intellektin inkişafını göstərib və bunun bəşəriyyətin mövcudluğuna real təhlükə yarada biləcəyini bildirib.
 
Oxşar mövqeni digər ekspertlər də bölüşür. Oksford alimi Nik Bostrom bəşəriyyətin növbəti əsrə qədər məhv olma ehtimalını dörddə bir nisbətində qiymətləndirir. Onun həmkarı Tobi Ord isə sivilizasiyanın fəlakətli dağılmasının yaxın 75 il ərzində baş verə biləcəyini hesab edir.
 
Pulitser mükafatı laureatı Cared Daymond da bədbin proqnoz irəli sürür: onun sözlərinə görə, 2050-ci ildən sonra bəşəriyyətin sağ qalma şansı 50%-dən artıq olmayacaq. /Lent.az/
Seçilən
42
1
moderator.az

2Mənbələr