AZ

Bu il Rusiya aktivlərindən əldə edilən gəlirdən Ukraynaya 10,1 milyard avro köçürülüb

Bu il Rusiya aktivlərindən əldə edilən gəlirdən Ukraynaya 10,1 milyard avro köçürülüb

Avropa İttifaqı (Aİ) 2025-ci ilin ilk yeddi ayı ərzində Rusiya Mərkəzi Bankının dondurulmuş vəsaitlərindən əldə olunan gəlirdən Ukraynaya 10,1 milyard avro köçürüb.

AFN.az xəbər verir ki, bu barədə "Welt am Sonntag" qəzeti Avropa Komissiyasının məlumatlarına istinadən bildirib.

Nəşrin məlumatına görə, Brüssel bu vəsaitləri hərbi və mülki layihələri dəstəkləmək üçün istifadə edir. Qəzetin qeyd etdiyi kimi, mart, may, iyun və iyul aylarında Ukrayna hökuməti Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi mənfəətdən hər biri 1 milyard avro, yanvarda 3 milyard avro, apreldə isə 3,1 milyard avro əldə edib.

Bəzi siyasətçilər Kiyevin təkcə faizə deyil, bütün Rusiya fondlarına çıxışı olmalı olduğu qənaətindədirlər. Bununla belə, iqtisadçılar belə bir addımın maliyyə sistemi üçün dağıdıcı nəticələri barədə xəbərdarlıq edirlər.

Rusiyanın 200 milyard avroluq aktivləri Aİ-də dondurulub, onların əsas hissəsi Belçikadakı "Euroclear" depozitarının hesablarındadır.

Seçilən
1
5
afn.az

6Mənbələr