AZ

Bakı Dövlət Universitetinə qəbul olanların NƏZƏRİNƏ

Avqustun 28-də Bakı Dövlət Universitetinin (BDU) bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.

Yenisabah.az xəbər verir ki, abituriyentlər portal.edu.az platformasında "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Elektron sistem üzrə qeydiyyat sentyabrın 8-də saat 18:00-da başa çatacaq. pizza mizza

Müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan abituriyentlər tələbələr sırasına qəbul edilməyəcəklər.


Telegram kanalımız
Seçilən
56
17
yenisabah.az

10Mənbələr