Azərbaycanın 3x3 basketbol yığmasının Dünya Qadın Seriyasının Səbail mərhələsindəki oyunlarının vaxtı məlum olun.

Offsideplus.az xəbər verir ki, milli komandamız B qrupunda ilk görüşünü bu gün saat 18:30-da Çexiyaya qarşı keçirəcək.

Ardınca milli saat 20:10-da Filippinə qarşı mübarizə aparacaq.

Qrupda ilk iki yeri tutan kollektivlər 1/4 finala vəsiqə qazanacaqlar

Qeyd edək ki, Bakıda keçirilən turnir avqustun 22-dən 24-dək davam edəcək.