AZ

Epşteynin köməkçisi: Trampın özünü qeyri-adekvat apardığını görməmişəm

Epşteynin köməkçisi: Trampın özünü qeyri-adekvat apardığını görməmişəm

Uşaqlara təcavüzdə günahkar bilinən amerikalı maliyyəçi Cefri Epşteynin köməkçisi Kiselina Maksvell ABŞ Ədliyyə Nazirliyinə bildirib ki, o, indiki ABŞ prezidenti Donald Trampdan heç vaxt nalayiq davranış görməyib.

AFN.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan Maksvellin dindirmələrinin stenoqramlarında əksini tapıb. "Mən prezidenti heç vaxt uyğun olmayan şəraitdə görməmişəm. Onun ətrafında olduğum bütün müddət ərzində prezident heç vaxt heç kimlə qeyri-adekvat davranmayıb. O, hər mənada centlmen idi", - deyə köməkçi bildirib.

Hazırda həbsdə olan Maksvell əlavə edib ki, Tramp həmişə ona qarşı çox səmimi və mehriban olub.

Mediada bildirilir ki, Maksvell heç bir məşhur şəxsə, o cümlədən ABŞ-ın 42-ci prezidenti Bill Klintona qarşı ittiham xarakterli ifadə verməyib. O, həmçinin Epşteynin müştəri siyahısına bənzəyən heç bir şeyə sahib olmadığına əmin edib. Bildirib ki, Epşteynlə əlaqəsi olan məşhur insanlarla bağlı hər hansı şantaj cəhdi barədə eşitməyib. O hesab edir ki, Epşteynin kəşfiyyat xidmətləri ilə heç bir əlaqəsi olmayıb.

Maksvellin fikrincə, Epstein 2019-cu ildə intihar etməyib: "Ehtimal ki, məhbuslardan biri tərəfindən öldürülüb".

Seçilən
28
afn.az

1Mənbələr