AZ

Mourinyonun adı İngiltərə Premyer Liqası klubu ilə çəkilir

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Məşqçilər Joze Mourinyo və Angelos Postekoqlu klub rəhbərliyi ilə münasibətləri gərginləşən "Nottingem Forest"in baş məşqçisi Nuno Espirito Santunun yerinə əsas namizədlər kimi nəzərdən keçirilirlər.

Bu barədə Oxu.Az "The Sun"a istinadən xəbər verir.

Nəşrin yazdığına görə, Espirito Santu "Nottingem Forest"in rəhbəri ilə fikir ayrılığına görə "meşəçilər"dən ayrılmağa yaxındır.

Daha əvvəl portuqaliyalının özü də klubun sahibi Evangelos Marinakislə münasibətlərinin pisə doğru dəyişdiyini bildirib.

Qeyd edək ki, "Tottenhem"də çalışmış Postekoqlunun İngiltərə çempionatına qayıtmaq istədiyi vurğulanır. Mourinyo isə hazırda "Fənərbağça"ya rəhbərlik edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
oxu.az

2Mənbələr