AZ

Rusiyalı alpinist ərinin 4 il əvvəl öldüyü yerdə vəfat etdi

 

Rusiyalı alpinist Natalya Naqovitsina Qırğızıstanın Pobeda zirvəsində vəfat edib.

Sitat.info xəbər verir ki, idmançı zirvədən enərkən ayağını sındırıb və bir həftədən çox 7000 metr yüksəklikdə köməksiz vəziyyətdə qalıb.

Dağda yeməksiz, susuz qalan 47 yaşlı alpinistin yanında yalnız soba, yataq çantası və cırıq çadır olub.

Onun cəsədini götürmək üçün havanın normallaşmasını gözləmək lazım gəlib. Yalnız bundan sonra helikopter sözügedən yüksəkliyə çataraq cəsədi götürüb.

Qeyd edək ki, Natalya Naqovitsina ərinin öldüyü yüksəklikdə vəfat edib. Onun həyat yoldaşı 2021-ci ildə həmin zirvəyə qalxarkən insult keçirib.

 

Seçilən
16
5
sitat.info

10Mənbələr