AZ

Türkiyədə Fatih Terim kimdirsə, Azərbaycanda da Qurban Qurbanov odur

"Türkiyədə Fatih Terim kimdirsə, Azərbaycanda da Qurban Qurbanov odur. İki il öncə Avroliqada tarixi "Olimpiakos" qələbəsindən sonra Türkiyənin "Aspor" kanalı bu zəfər barədə çox önəmli başlıq atmışdı: "İmperator Qurban Qurbanov". Bəli, elədir. Qurban Qurbanov Azərbaycan üçün deyil, türk dünyası üçün çox önəmli çalışdırıcılardan biridir. Türkiyə nəhənglərinə yaradılan imkanın 1/4-i Q.Qurbanova verilsəydi, həmin klubları çox fərqli yerlərə gətirib çıxarardı.".
Bu açıqlamalar Sportinfo TV-də yayımlanan "Avropa həftəsi" verilişindəsəsləndirilib.
Aparıcı Elçin Cəfərov futbol mütəxəssisi Amit Quluzadə ilə birlikdə UEFA Çempionlar Liqasının pley-off məhələsinin ilk oyunları çərçivəsində keçirilən"Ferentsvaroş"-“Qarabağ” (1:3) matçının sonrasında canlı yayımda qarşılaşma ilə bağlı şərhlər verərkən Qurban Qurbanovun türk dünyasında önəmli yerə sahib olmasından bəhs ediblər.
Qeyd edək ki, verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir.Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir. Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır. Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
65
1
sportinfo.az

10Mənbələr