AZ

"Qarabağ hərəkatını davam etdirməməliyik" - PAŞİNYAN

“Baş nazir kimi bütün informasiyaları və reallığı hərtərəfli təhlil etdikdən sonra qəti qənaətə gəlmişəm ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik, çünki bu, Ermənistan Respublikasının müstəqilliyinin məhvi demək olardı”.

Sitat.into xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın müstəqilliyi haqqında Bəyannamənin qəbul olunmasının 35-ci ildönümü ilə bağlı xalqa müraciətində deyib.

Paşinyan Ermənistanın müstəqilliyinin saxlanması və reallaşdırılması strategiyası seçdiklərini vurğulayıb: “Bu strategiya “Real Ermənistan”dır. Bu strategiya artıq ideologiyaya çevrilib. Məhz həmin ideologiya çərçivəsində Ermənistanla Azərbaycan arasında sülh yolu ilə nizamlanma, Türkiyə ilə həqiqi dialoq mümkün olub, Gürcüstan və İran İslam Respublikası ilə əlaqələrimiz dərinləşməlidir. Bu şəraitdə biz dünya üçün real və maraqlı tərəfdaşa çevrilirik”.
 

Seçilən
31
11
sitat.info

10Mənbələr