AZ

İtaliya klubu “Mançester Yunayted”in hücumçusunuİSTƏYİR

İtaliya təmsilçisi “Napoli” hücumçu Rasmus Heylunnun transferi ilə bağlı “Mançester Yunayted”lə danışıqlar aparır.

Redaktor.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

22 yaşlı futbolçunun agenti ilə müqavilənin şərtləri və uzunmüddətli planlarla bağlı müsbət danışıqlar aparılıb. “Qırmızı şeytanlar” norveçli oyunçu ilə yollarını ayırmağa hazırdır.

Heylunnun “Mançester Yunayted”lə hazırkı müqaviləsinin müddəti 2028-ci ildə başa çatacaq. “Transfermarkt” portalı onun dəyərini 35 milyon avro qiymətləndirir.

Seçilən
0
3
redaktor.az

4Mənbələr