“Azərbaycanın həm Türkmənistan, həm də Özbəkistanla tarixi əlaqələri var. Bu əlaqələr, demək olar, bütün sahələrdə özünü göstərir. İkitərəfli və çoxtərərəfli münasibətlərin inkişafı sözsüz ki, adı çəkilən dövlətlərin hər biri üçün yeni perspektivlər vəd edir”
Bu sözləri Moderator.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Siyasi şərhçi qeyd edib ki, Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşdə deyib ki, Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir.
“Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
“Məlum olduğu kimi hər üç dövlət Türk Dövlətləri Təşkilatında (TDT) təmsil olunurlar. Aşqabad müşahidəçi olsa da, təşkilat daxilində fəal rol oynayır.
Təbii ki, TDT-nin güclənməsi və inkişafı eyni zamanda ona üzv olan dövlətlərarasında münasibətlərə də təsir edir. Bu, Azərbaycan- Özbəkistan- Türkmənistan üçbucağı üçün də istisna deyil.
Başqa bir tərəfədən, bu üç ölkənin əməkdaşlığından danışarkən Zəngəzur dəhlizini xüsusilə vurğulamaq lazımdır. Beləliklə, perspektivlə Zəngəzur dəhlizinin açılması ilə üç ölkə arasında iqtiadi əlaqələr daha da güclənəcək. Eyni zamanda bu, logisika məsələlərində də yeni imkanar yaradacaq”,- deyə siyasi şərhçi vurğulayıb.
Kənan Novruzov əlavə edib ki, rəsmi Bakının müxtəlid aspektlərdə Daşkənd və Aşqabadla ayrı- ayrılıqda əməkdaşlığı, eyni zamanda həmin iki dövlətin ikitərəfli münasibətləri də təbii ki, ümumi prosesə müsbət töhfə verir:
“Bütövlükdə dünyada dəyişən dinamikalar fonunda qeyd olunan üçtərəfli format üçün yeni imkanlar yaranır. Bu imkanlar isə həm də Xəzər dənizi ətrafında əməkdaşlığın güclənməsinə kömək edir”.
Mehin Mehmanqızı