AZ

Milli Qəhrəmanın oğlu tələbə oldu, Türkiyədə oxuyacaq

BAKI, 23 avqust. TELEQRAF

Azərbaycanın Milli Qəhrəmanı, "Zəfər" ordenli, Vətən müharibəsi şəhidi Şükür Həmidovun oğlu Həmidli Nurlan Şükür oğlu tələbə adını qazanıb.

Teleqraf xəbər verir ki, bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, Həmidli Nurlan Türkiyənin Eskişehir Osmanqazi Universitetinin Biznesin təşkili və idarəolunması ixtisasına qəbul olub.

O, Qubadlı rayonu Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinin məzunudur.

Seçilən
57
6
teleqraf.com

8Mənbələr