AZ

Tramp xüsusi nümayəndəsini və müşavirini Ukraynaya göndərir

  ABŞ prezidenti Donald Trampın ruhani müşaviri, pastor Mark Burns Cənubi Koreyaya səfərindən sonra Ukraynaya səfər etməyi planlaşdırdığını açıqlayıb.

Referans xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Burns "Biz Cənubi Koreyanı tərk edib Ukraynaya gedirik", - deyə bildirib.

Qeyd edək ki, 2016-cı ildə “Time” jurnalı yevangelist ruhani olan Mark Burnsi “Donald Trampın ən yaxşı pastoru” adlandırıb və onun ABŞ liderinin ilk prezidentlik kampaniyasına təsirini vurğulayıb.

O da məlum olub ki, Trampın xüsusi nümayəndəsi Keyt Kelloq da avqustun 24-də Kiyevə səfər edəcək. Onun Ukraynanın Müstəqillik Günü münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcəyi bildirilir. Kelloq həmçinin liderlərlə Ukrayna probleminin həlli ətrafında bir sıra ölkələrin diplomatik fəaliyyətini müzakirə edəcək../Publika.az  

Seçilən
32
1
referans.az

2Mənbələr