AZ

Azərbaycan iki ölkə ilə təhdidlərə qarşı birgə mübarizə aparacaq

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Tərəflər sıx münasibətlərin ən yüksək səviyyədə saxlanmasının, üç ölkə arasında xarici siyasət sahəsində əməkdaşlığın dərinləşdirilməsinin, dövrümüzün təhdid və çağırışlarına qarşı birgə mübarizənin vacibliyini vurğulayıblar.

Bakupost.az xəbər verir ki, bu barədə avqustun 22-də Türmənbaşı şəhərində Türkmənistan Xalq Məsləhəti Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında keçirilən görüşün yekunu üzrə qəbul edilmiş birgə bəyannamədə bildirilib.

Həmçinin bəyannamədə qeyd edilib:

“Tərəflər öz ölkələrinin xalqları arasında çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı yardım ruhunda strateji əməkdaşlığın genişləndirilməsinin uzunmüddətli istiqamətinə sadiq olduqlarını bir daha təsdiqləyiblər. Üçtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin regional və qlobal səviyyədə sülhün, sabitliyin təmin edilməsinə, qarşılıqlı etimadın və anlaşmanın möhkəmlənməsinə xidmət edəcəyi razılaşdırılıb.

Tərəflər beynəlxalq təşkilatlar, ilk növbədə Birləşmiş Millətlər Təşkilatı, digər beynəlxalq və regional strukturlar çərçivəsində dövlətlər arasında əməkdaşlığın gücləndirilməsini davam etdirmək barədə razılığa gəliblər”.

Xatırladaq ki, 22 avqust 2025-ci il tarixində Türkmənistanın Türkmənbaşı şəhərində Türkmənistan Xalq Məsləhəti Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş keçirilib. Sonda üçtərəfli görüşün yekunu üzrə liderlərin 12 bənddən ibarət birgə bəyannaməsi qəbul olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
www.bakupost.az

2Mənbələr