AZ

Azərbaycanda pivə istehsalı bir qədər artıb - RƏQƏMLƏR

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 3 206,6 min dekalitr (dkl) pivə istehsal edilib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə pivə istehsalı 70,6 min dkl və ya 2,3% artıb.
2024-cü ilin yanvar-iyul ayları ərzində bu göstərici 3 136,0 min dkl təşkil edib.
1 avqust 2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 306,1 min dkl təşkil edib ki, bu da illik müqayisədə 62,8 min dkl və ya 25,8% çoxdur.
Ötən ilin eyni dövründə hazır pivə ehtiyatı 243,3 min dkl olub.

Seçilən
7
fed.az

1Mənbələr