AZ

Olimpiya çempionlarımız Xankəndidə - FOTOLAR

Azərbaycanın cüdo üzrə olimpiya çempionlarının Xankəndi şəhərinə səfəri başlanıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, olimpiya çempionları Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoev səfər çərçivəsində şəhər sakinləri ilə görüşüb, burada aparılan tikinti-quruculuq işləri ilə yaxından tanış olublar.

Bildirilib ki, qonaqlar əvvəlcə Qarabağ Universitetini ziyarət ediblər. Onlara bu ali təhsil ocağının yaranma tarixi və fəaliyyəti barədə məlumat verilib. Daha sonra idmançılar Xankəndi stadionuna baş çəkib, burada görülən tikinti işləri ilə maraqlanıblar.

Qeyd olunub ki, yaxın vaxtlarda stadionun yenidənqurma prosesi başa çatdırılacaq.

Vurğulanıb ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, mədəni və idman həyatının bərpası istiqamətində ardıcıl tədbirlər icra olunur.

Xatırladaq ki, dövlət başçısı 2024-cü ilin idman yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı idmançıların azad edilmiş torpaqlara səfərlərinin gənclər və uşaqlar üçün böyük əhəmiyyət daşıyacağını vurğulamışdı. Prezidentin bu çağırışına qoşulan idman ictimaiyyəti nümayəndələrinin səfərləri Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilir.

Bildirək ki, proqram çərçivəsində olimpiya çempionlarımızın Şuşa, Laçın, Füzuli və Ağdama da səfərləri və yerli sakinlərlə görüşləri planlaşdırılıb.

“Cebheinfo.az”

Seçilən
30
15
cebheinfo.az

10Mənbələr