AZ

Tramp xüsusi nümayəndəsi və müşavirini Ukraynaya göndərir

ABŞ prezidenti Donald Trampın ruhani müşaviri, pastor Mark Burns Cənubi Koreyaya səfərindən sonra Ukraynaya səfər etməyi planlaşdırdığını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Burns "Biz Cənubi Koreyanı tərk edib Ukraynaya gedirik", - deyə bildirib.

Qeyd edək ki, 2016-cı ildə “Time” jurnalı yevangelist ruhani olan Mark Burnsi “Donald Trampın ən yaxşı pastoru” adlandırıb və onun ABŞ liderinin ilk prezidentlik kampaniyasına təsirini vurğulayıb.

Seçilən
30
1
publika.az

2Mənbələr