AZ

Tərtərdə yol qəzası baş verib,yaralananlar var

Tərtərdə yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Hindarx Borsunlu avtomobil yolunun Tərtər rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Hərəkətdə olan “Hyundai” markalı avtomobil qarşıdan gələn “BMW” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 3 nəfər Tərtər sakini - 1998-cil il təvəllüdlü Əsgərzadə Vaqif Yalçın oğlu, 2004-cü il təvəllüdlü  İsayev Elgiz Çingiz oğlu və 1962-ci il təvəllüdlü İsmayılov İlqar İsmayıl oğlu müxtəlif dərəcəli xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
15
14
anews.az

10Mənbələr