BAKI, 23 avqust. TELEQRAF
Tərəflər sıx münasibətlərin ən yüksək səviyyədə saxlanmasının, üç ölkə arasında xarici siyasət sahəsində əməkdaşlığın dərinləşdirilməsinin, dövrümüzün təhdid və çağırışlarına qarşı birgə mübarizənin vacibliyini vurğulayıblar.
Teleqraf xəbər verir ki, bu barədə avqustun 22-də Türmənbaşı şəhərində Türkmənistan Məsləhət Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilmiş birgə bəyannamədə bildirilib.