AZ

Kanadanın Baş naziri Ukraynanın təhlükəsizliyinin əsas zəmanətini açıqlayıb

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukraynanın təhlükəsizliyi üçün ən yaxşı zəmanət güclü Ukrayna ordusudur və bu ordu dəstəklənməlidir.

Bizimyol.info xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni bildirib.

"Hər hansı bir təhlükəsizlik zəmanəti güclü Ukrayna ordusu ilə başlamalıdır. Burada silahlandırma, hazırlıq və dözümlülük məsələlərindən söhbət gedir", – deyə Kanadanın hökumət başçısı vurğulayıb.

Onun fikrincə, Ukraynanın təhlükəsizliyi hərtərəfli təmin olunmalıdır – quru, dəniz və hava sahələrində.

"İstəkli Dövlətlər Koalisiyasının üzvləri bu elementlərin hər birinə dəstək vermək imkanına sahib olacaqlar. Görək, bu geniş qrup daxilində Kanada hansı rolu oynayacaq", – deyə Karni qeyd edib.

O bildirib ki, Kanada Ukraynanın gələcək təhlükəsizlik zəmanətləri ilə bağlı müzakirələrdə fəal iştirak edir və "böyük ehtimalla bu prosesdə mühüm rol oynayacaq". Onun sözlərinə görə, ABŞ-ın bu məsələdə iştirakı mütləqdir.

Daha əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski açıqlamışdı ki, ölkəsinin real şəkildə hansı təhlükəsizlik zəmanətlərini ala biləcəyinə dair fikirlər formalaşıb. Onun sözlərinə görə, əgər müttəfiqlər Ukraynaya maliyyə yardımı və silah dəstəyi versələr, bu "az çox məsələni həll edər".

Zelenski həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Trampdan müsbət siqnal alıb – Tramp ölkəsinin Ukraynanın təhlükəsizliyi üzrə zəmanətlərin təmin edilməsində iştirak edəcəyini bildirib. Bu isə digər ölkələrin də bu prosesə qoşulmasına imkan yaradır.

NATO-nun baş katibi Mark Rutte, Kiyevdə olduğu zaman, Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri üzərində iş getdiyini bəyan edib. O bildirib ki, tərəfdaş ölkələr hazırda bu zəmanətlərin konkret forması üzərində çalışırlar.

Rutte, Zelenskiyə müraciətlə: "Rusiya rəhbəri Vladimir Putinlə danışıqlara başlamağın zamanı çatanda sən biləcəksən ki, Ukraynanın dostlarının gücü sənin arxandadır – bu da istənilən razılaşmanın yerinə yetirilməsini təmin edəcək və Rusiya bir daha Ukraynanın bir qarış torpağına belə iddia edə bilməyəcək", - deyib.

Bu arada ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens isə bildirib ki, ABŞ Ukraynaya təhlükəsizlik zəmanətləri vermək məsuliyyətini daşımalı deyil. Onun fikrincə, bu məsuliyyəti Avropa ölkələri üzərinə götürməlidir.

"Bu, onların qitəsidir, onların təhlükəsizliyidir və prezident dəfələrlə bildirib: bu məsələdə irəli çıxmalı olan məhz onlardır", – deyə Vens vurğulayıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
bizimyol.info

1Mənbələr