Axsham.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Aygün Bəylərin doğum günüdür. Nə anım, nə xatirə günü. Məhz doğum günü. Onu ürəkdən sevənlər üçün o yalnız doğula və yaşaya bilər çünki. Nə qədər ki, səsi, mahnıları yaşayır, nə qədər ki, adı çəkilir - o yaşayacaq! Nə qədər ki, səsi gələndə ürəklər kövrələcək, gözlər yaşaracaq o, yaşayacaq".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Leyla Quliyeva sosial şəbəkədəki paylaşımında yazıb. Aparıcı mərhum Əməkdar artist Aygün Bəylərin ad günündə onu bu sözlərlə xatırlayıb:
"Bir az əvvəl onun abidəsinin qarşısında bir xanım gördüm. Uzaqdan görüb fikirləşdim ki, yaxınlaşanda tanıyacağam, yəqin sənət cameəsindəndir. Yaxınlaşdıqca onun Aygünlə səsli söhbətini eşidirdim. Sadə, sıravi, yaşı 60+ bir azərbaycanlı xanım. Rusdilli olduğu aydın idi. Amma onunla Azərbaycan dilində danışırdı. Kaş ki, onun Aygünə dediklərini eşidərdiniz... Ən səmimi dua, ən təmənnasız sevgi, ən böyük sədaqət etirafı idi. O an bizə Aygünü görmək üçün yalnız günəş mane olurdu. Abidənin arxasından düz üzümüzə vururdu. Bəlkə də heç günəşdən deyildi o parlaq işıq. Bəlkə...".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.